Ukraynaya Rusiya Federasiyası ilə mübarizəyə təkan verəcək üç əsas qələbə lazımdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Latviya Prezidenti Edqars Rinkeviçslə birgə mətbuat konfransında deyib.
Zelenskinin sözlərinə görə, ilk qələbə ABŞ Konqresinin Ukraynaya yardımla bağlı qərarı olacaq:
“Birincisi, Konqres ilə bu problem asan deyil. Lakin Ukrayna yardımın olması üçün əlindən gələni etməlidir.
İkinci qələbə AB-nin dəstəyidir. O cümlədən, Ukrayna 50 milyard avro məbləğində yardım paketi əldə etməlidir. AB-də hər kəs bu gün bu paketi dəstəkləməyə hazır deyil.
Üçüncü qələbə isə Ukraynanın AB-yə gələcək üzvlüyü ilə bağlı dialoqun başlamasıdır.
Bu, döyüş meydanında canını verənlər üçün motivasiyaedici addımdır”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü