Bir sıra Teleqram kanallarında Azərbaycan Respublikasından Təbrizə övladlarını müalicə üçün aparan ailənin ölkəyə geri qayıda bilməməsi və Şahgölü parkında çadırda qalması ilə bağlı xəbərlər yayılıb.
BUTA.TV xəbər verir ki, xəbərin yayılmasından sonra təbrizlilər ailəyə yardım etmək üçün Şahgölü parkına gediblər.
Ailənin yanına gedən təbrizlilərin yazdığına görə, hadisə şişirdilib, tələsik yayılan məlumat sonradan dəqiqləşdirilməyib.
Təbrizli sosial media istifadəçilərinin noyabrın 27-i səhər saatlarında Şahgölü parkına getməsi nəticəsində məlum olub ki, Azərbaycanın Təbrizdəki Baş konsulluğu ailəni iki gün əvvəl Şahgölü parkından konsulluğa aparıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü