Ermənistanın Baş naziri Nikol Paşinyan çox cəsarətli davrandı, o, Rusiyadan tam asılı olmasını istəmədiyini açıq şəkildə ifadə etdi.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Blinkenin köməkçisi Ceyms Obrayen deyib.
“Deyərdim ki, Baş nazir Paşinyan çox cəsarətlidir, o, Ermənistanın sərhədlərinin açılması və Qərblə münasibətlərin inkişafı baxımından irəliləməsini istədiyini, Ermənistanın Rusiyadan tam asılı olmasını istəmədiyini açıq şəkildə bildirdi”, - o vurğulayıb.
Brayen qeyd edib ki, son 1-2 ildə Paşinyanın həyata keçirdiyi islahatlar nəticəsində ölkədə sürətli iqtisadi artım davam edir:
“Məncə, Paşinyan da Azərbaycanla Ermənistana öz iqtisadi inkişafına diqqət yetirməyə, təhlükəsizlik əlaqələrini qurmağa və Mərkəzi Asiyadan Türkiyəyə ticarəti genişləndirməyə imkan verəcək sülh müqaviləsi imzalamaqda qətiyyətlidir”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü