Moldova Qərbin Rusiyaya qarşı başlatdığı hibrid müharibənin növbəti qurbanı olacaq.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında deyib. Lavrov Moldovanın federallaşdırılması yolu ilə Dnestryanı münaqişənin həllinə dair 2003-cü ildə imzalanmış Kozak Memorandumunu xatırladıb:
“Bu, Moldovadakı vəziyyəti 20 il əvvəl etibarlı şəkildə həll edə bilərdi. İndi də onlar “5+2” formatını öldürürlər – Dnestryanı probleminin nizamlaması üzrə birgə səylərdən qalan son qurumu... Əslində, Moldova Qərbin Rusiyaya qarşı başlatdığı hibrid müharibənin növbəti qurbanı olacaq. Hazırda Qərb emissarlarının, fondlarının və qeyri-hökumət təşkilatlarının fəal olduğu hər bir ölkə bu barədə düşünməlidir”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü