İsrail müharibədən sonra mümkün hücumların qarşısını almaq üçün Qəzza zolağı ilə sərhədin Fələstin tərəfində bufer zona yaratmaq istədiyi barədə bir neçə ərəb dövlətini məlumatlandırıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
İsrail planlarını Misir, İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı ilə bölüşüb.
Bildirilib ki, təşəbbüs İsrailin yeddi günlük atəşkəsdən sonra yenidən başlayan hücumunun tezliklə sona çatacağına işarə etmir.
Qeyd edək ki, Qəzza zolağı təxminən 10 km dərinliyi, 40 km enində bir anklavdır. Cəmi 10 km-lik dərinliyi olan ərazidə “bufer zona”nı təsəvvür etmək çətindir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü