Aərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyevin Ermənistan ilə sərhəd Gədəbəy, Daşkəsən və Kəlbəcər istiqamətlərində yerləşən hərbi hissələrdə olması erməni ekspert, azərbaycanşünas kimi təqdim edilən Tatevik Ayrapetyanı “narahat edib”.
BUTA.TV xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Kərim Vəliyevin səfərindən MN-in yaydığı videonu paylaşan Ayrapetyan yazıb:
“Bu, bir daha sübut edir ki, Azərbaycanın planı var və bunun qarşısını ancaq dövlətyönlü hökumət formalaşdırmaqla, peşəkar diplomatiya aparmaqla almaq olar”.
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan vaxtaşırı olaraq sərhədimizə gəlir və hərbi hissələrdə görüş keçirir, ancaq Azərbaycanda bu, qorxu ilə qarşılanmır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü