Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak mediada dövlət başçısı Vladimir Zelenski ilə silahlı qüvvələrin baş komandanı Valeri Zalujnı arasında konfliktin davam etməsi barədə yazılanlara münasibət bildirib.
BUTA.TV xəbər verir ki, Podolyakın sözlərinə görə, hazırda Zelenski və Zalujnı rollarını nəzərə alsaq, münaqişədən danışmaq çox qəribədir.
O qeyd edib ki, sərt müzakirələr olur, lakin bu, normal idarəetmə modelidir.
“Biz burada münaqişədən yox, normal işdən danışırıq. Heç bir münaqişə yoxdur”, – Podolyak əlavə edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü