Rusiya Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin (MDB) Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcəyini gözləyir.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.
“Ayın sonunda, Milad günlərinin əvvəlində Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasları və MDB-nin ənənəvi qeyri-rəsmi sammiti keçiriləcək, biz burada ötən illərdə olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakını gözləyirik”, - o bildirib.
Lavrov Azərbaycan- Rusiya münasibətlərinin yüksəlişdə olduğunu qeyd edib:
“Oktyabrın 12-də, iki ay əvvəl, Bişkekdə liderlərimiz MDB sammiti çərçivəsində çıxış edərək müttəfiq, strateji qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə sadiq olduqlarını təsdiqlədilər”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü