Rusiyanın Mineralnıye Vodı şəhərindən Sankt-Peterburqa uçan təyyarə təcili eniş edib.
BUTA.TV xəbər verir ki, bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov sosial şəbəkədə yazıb.
“Saat yerli vaxtla 17:50-də Mineralnıye Vodıdan Sankt-Peterburqa qalxan təyyarənin göyərtəsində depressurizasiya barədə məlumat verən sensor işə düşüb. Hadisə havaya qalxdıqdan az sonra baş verib. Təyyarə Minvoda qayıdıb, artıq eniş edib. Hadisə nəticəsində itki yoxdur. Lazımi tədbirlər görülür”, - deyə o bildirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü