ABŞ Prezidenti Co Bayden ölkə parlamentini Milad tətili başlamazdan əvvəl Ukraynaya dəstək üçün əlavə vəsaitin ayrılmasını təsdiqləməyə çağırıb.
BUTA.TV xəbər verir ki, Ağ Ev rəhbəri Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündə bu barədə deyib.
Baydenin sözlərinə görə, dünya hazırda tarixi dönüş nöqtəsindədir.
Eyni zamanda, dövlət başçısı əlavə edib ki, hazırda qəbul edilən qərarlar Avropanın və digər regionların gələcəyini müəyyən edə bilər.
Qeyd edək ki, C.Bayden Zelenski ilə görüşdə Ukraynaya 200 milyon dollarlıq hərbi yardımı təsdiqlədiyini açıqlayıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü