Ankara ilə Moskva Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş üzərində işləyir, hələlik tarix və yer barədə dəqiq məlumat yoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyasındakı mənbə “RİA Novosti”yə bildirib.
“Tərəflər arasında belə bir səfər nəzərdə tutulub və üzərində iş aparılır. Cənab Prezidentin (Ərdoğan - red.) Soçiyə səfəri zamanı Rusiya liderinin səfəri ilə bağlı müvafiq razılıq əldə olunub. Amma hələlik tarix və məkanla bağlı dəqiq məlumat yoxdur”, - mənbə bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Putin ənənəvi illik mətbuat konfransında gələn ilin əvvəlində Ərdoğanla görüşməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, liderlər Türkiyə prezidentinin cədvəlinə görə daha əvvəl görüşə bilməyiblər.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü