Almaniya kansleri Olaf Şolts Macarıstanın Baş naziri Viktor Orbana Ukraynanın AB-yə üzvlüyü ilə bağlı danışıqlara başlamaq üçün səsvermə zamanı otaqdan çıxmağı və qəhvə içməyi təklif edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” qəzeti mənbəyə istinadən məlumat yayıb.
“Almaniya kansleri təklif edib ki, əgər Orban danışıqların başlamasına razı olmasa, bir müddətlik müzakirə məkanını tərk etsin. Şoltsun fikrincə, bu, 26 Avropa ölkəsinin liderlərinə Ukrayna ilə danışıqlara başlamaq lehinə qərar verməyə imkan verəcək. Macarıstan lideri isə rahat şəkildə deyə bilər ki, o, bu proseslə bağlı “lehinə” səs verməyib. Ukraynanın AB-yə daxil olması ilə bağlı müzakirələrin dalana dirənməsindən sonra kansler Orbana təklif edib: “Bəlkə sən qəhvə götürüb, otaqdan kənarda içəsən”, - mənbə bildirib.
Nəşr qeyd edir ki, Şoltsun strategiyası Brüsseli təəccübləndirib, çünki kanslerin təyin olunduğu gündən Avropa səhnəsindəki hərəkətləri indiyədək məyusedici olub:
“Almaniya kanslerinin bu fikri çox qeyri-adidir”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü