Ermənistanın mifləşdirdiyi "Ohanyan səddi"nin keçdiyi Tərtər-Ağdərə yolu minalardan təmizlənir.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.
Onun sözlərinə görə, Tərtər-Ağdərə yolu antiterror tədbirlərindən sonra azad edilən yaşayış məntəqələri istiqamətində olan yoldur:
"30 illik işğal müddətində bu yolda döyüş mövqeləri yerləşdirilib. Ermənistanın mifləşdirdiyi "Ohanyan səddi" bu yolun üzərindən keçirdi. Səddə tikanlı məftillər və tank əleyhinə kirpilər yerləşdirilib. Bu ərazilərdə kifayət qədər qarışıq minalar var. Həmçinin işğal dövründə separatçıların döyüş mövqeləri də burada yerləşib".
A.Eyvazov bildirib ki, mövqelər separatçılardan təmizləndikdən sonra kommunikasiya xətləri istifadəyə verilib:
"Hazırda yol minalardan təmizlənib, nəqliyyatın hərəkəti üçün istifadəyə verilib, lakin, ərazi minadan tam təmizlənməyib. Bu ərazilərdə tank əleyhinə kirpilər və kənardan idarə olunan minalar da yerləşdirilib" .
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü