Mən, Elgiz Abbasov və sürücü Zaur Hacıməhərrəmov - üçümüz də yaxşıyıq. Elgiz bəyin sağ ayağı, mənim isə sol ayağım və baş barmağım qırılıb, sürücü Zaur bəyin burnu sınıb, çiynində də çat var.
Bu sözləri BUTA.TV-a açıqlamasında Peşəkar Futbol Liqasının mətbuat katibi Sənan Abdullayev Xankəndi şəhəri istiqamətində avtoqəzaya düşən PFL rəsmilərinin səhhəti ilə bağlı danışarkən deyib.
“Əsas narahatlıq PFL prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevdəndir. Çünki onlar əməliyyat olunublar və reanimasiyadadırlar. Deyilənə görə, hər şey yaxşıdır. Onların tam sağalması üçün 3-6 ay zaman lazım olacaq”, - Abdullayev bildirib.
Mətbuat katibi bildirib ki, Elxan Səmədovun əməliyyat olunması üçün xüsusi təyyarə ilə Türkiyəyə aparılacağı nəzərdə tutulurdu:
“Ancaq buna ehtiyac olmadı, Bakıda əməliyyat edildi”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü