Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələ hazırda müzakirə edilmir.
BUTA.TV xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında bildirib.
"Bakının Baş Planında tramvay xətlərinin olması nəzərdə tutulur. Amma ictimai nəqliyyatın inkişafı ilə bağlı aparılan müzakirələrdə tramvay xətlərinin çəkilməsi ilə bağlı hər hansı bir konkret fikir yoxdur. Bu qətiyyən o demək deyil ki, biz bu məsələyə qayıtmayacağıq və tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələ diqqətdən kənardır. Sadəcə bu məsələ müəyyən ərazilərin olmasını tələb edir", - deyə o qeyd edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü