Rusiya regionu tərk etmək fikrində olmadığını gizlətmir. İrəvan isə Moskvanı təxribata çəkmək üçün bütün mümkün vasitələrdən istifadə edir.
BUTA.TV xəbər verir ki, bunu “Ermənistan” ümumerməni fondunun keçmiş rəhbəri Ara Vardanyan deyib.
“Ölkəmizdəki beşinci kolon Ermənistanda rusofob əhval-ruhiyyəni yaymaq üçün hər şeyi edir. Bütün bunlar bizi ancaq Ukrayna və ya Suriya ssenarisinə yaxınlaşdırır. Mövcud tendensiyalar davam etsə, İrəvanın gələcək perspektivləri dumanlı görünür. Ermənistanın dövlətçiliyi sual altında qala bilər və beşinci kolonun nümayəndələri, məsələn, “Respublika” partiyasının lideri Aram Sərkisyan, politoloq Levon Şirinyan və bir çox başqaları bunun üçün ilk növbədə məsuliyyət daşıyırlar. Bu insanlar müxtəlif mərkəzlərdən maliyyələşirlər. Öz fəaliyyətləri ilə antirusiya əhval-ruhiyyəsini pik həddə çatdırıb Ermənistanı Türkiyənin tabeçiliyinə vermək məqsədi güdürlər. Ankara Qərbin regiondakı təmsilçisidir, Ermənistan Rusiya ilə münasibətləri kəsdiyi gün Türkiyənin vilayətinə çevriləcək”, - o bildirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü