Rusiya Prezidenti Vladimir Putinin Ukraynada dalana dirənən müharibə səbəbindən dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılacağı ehtimalı var.
BUTA.TV xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Cek Devayn deyib.
Devaynın sözlərinə görə, Putin Ukraynada daimi dalana dirənmə perspektivi ilə üzləşdiyi üçün onun yaxın çevrəsində çevriliş ehtimalı artır:
“Bu, sürpriz olacaq. “Qara qu quşu” dediyimiz şey (çətin proqnozlaşdırılan və əhəmiyyətli nəticələri olan nadir hadisələri ehtiva edən nəzəriyyə - red.) hər hansı bir yerdən görünür. Putin sabah yoxa çıxa bilər və hökumətin hansısa elementi icraedici addımlar atacağına qərar versə, təəccüblənmərəm. Əgər “qara qu quşu” olmasa, Putinin problemləri dalana dirənəndə başlayacaq və indi də məhz budur. Bunun qiyam olacağını düşünmürəm. Düşünürəm ki, bu, saray çevrilişi deyə biləcəyimiz şey olacaq”.
Devayn bildirib ki, Putin getdikcə gözlənilməz və təhlükəli olur və Ukraynaya hücumu onun siyasi məhvini sürətləndirir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü