Hər ay sosial ödənişlərin köçürülmə tarixi əvvəlcədən təyin olunmuş qrafik əsasında həyata keçirilir.
Bu sözləri BUTA.TV-a açıqlamasında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili deyib.
“Həmin qrafik əsasında pensiya, müavinətlər və təqaüd yönümlü sosial yardımın ödənişi ay bitməmiş vətəndaşların hesabına köçürülür. Bu ayın sosial ödənişlərinin ödənilməsində də gecikmə olmayıb. Belə ki, ay bitməmiş Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə dekabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Yaxın 2 gündə də digər sosial ödənişlərin yekunlaşdırılması nəzərdə tutulur”, - Mehdili bildirib.
Qeyd edəki ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dekabr ayının sosial yardımlarının bayramla əlaqədar olaraq daha tez ödənilib yekunlaşacağı barədə məlumat yaymışdı.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü