Kadr islahatı hər bir qurum üçün əsas istiqamətdir.
BUTA.TV-ın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, XİN-də ciddi islahatlar həyata keçirilib:
"İşə qəbul prosesinin ikinci mərhələsinin yekun mərhələsindəyik. Birinci mərhələdə 65 nəfər nazirlikdə işə qəbul hüququnu əldə edib".
Nazirin sözlərinə görə, gənc diplomatların xeyli hissəsi xarici diplomatik missiyalara göndərilib:
"Gənc istedadlı kadrların olması bizi daha da ruhlandırır. Hələ də kifayət qədər vakansiya var. 60-70 nəfər gənci həmin vakant yerlərdə görməkdən şad olacağıq".
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü