İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 15 dekabr 2023-cü il tarixində dezinfeksiya xidmətləri təqdim edən qabaqcıl şirkətlərdən biri Ecomedi QSC-də AZS ISO 22301:2023 “Təhlükəsizlik və davamlılıq. İş fəaliyyətinin (biznesin) davamlılığının idarəetmə sistemləri. Tələblər” standartı üzrə AZSTAND-ın ekspert-auditorları tərəfindən 2 mərhələli auditi keçirilib və Cəmiyyətə müvafiq uyğunluq sertifikatı təqdim edilib.
BUTA.TV xəbər verir ki, sözügedən Sertifikat Ecomedi QSC-də dayanmalar (pozulmaları) zamanı şirkətin fəaliyyətinin fasiləsiz davam etməsi, baş verəcək risklər nəzərə alınmaqla müəssisənin işini az zərərlə bərpa etməsinin mümkünlüyünü təsdiq edir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü