Bu gecə Ukrayna ordusu Rusiyanın müxtəlif bölgələrində yerləşən hərbi obyektlərinə hücum həyata keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın “Liga.net” saytı xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Ukrayna hərbçiləri onlarla müxtəlif tipli PUA-lardan istifadə edib və rusların hərbi sənaye kompleksinə əhəmiyyətli zərbə vurulub:
“PUA-ların hədəfi Bryanskdakı kimya zavodu, eləcə də raket sistemləri üçün elektron komponentlər istehsal edən zavodlar olub. Bundan əlavə, Moskva, Tver, Tula və Belqorodda yerləşən hərbi infrastruktur obyektləri də hücuma məruz qalıb. Bəzi PUA-ların Rusiya hava hücumundan müdafiəsi tərəfindən vurulmasına baxmayaraq, əhəmiyyətli bir hissəsi hədəflərinə çatıb”.
Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyi 4 vilayətə Ukrayna tərəfdən PUA hücumu edildiyi ilə bağlı məlumat yaymışdı.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü