Ukrayna Prezidenti Vladimir Zelenski ilə Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı arasında getdikcə artan fikir ayrılığı birincinin özünə inamı səbəbindən baş verib.
BUTA.TV xəbər verir ki, bunu amerikalı jurnalist, Zelenski haqqında kitabın müəllifi Saymon Şuster deyib.
“Zelenski daha inamlı olmağa başladı. O, öz hərbi prioritetlərini müəyyənləşdirdi və onlar həmişə Zalujnının prioritetləri ilə üst-üstə düşmürdü. Tezliklə çatlar gücləndi”, - Şuster bildirib.
Amerikalı jurnalistin sözlərinə görə, Zalujnı hələ 2022-ci ildə Zelenskinin potensial rəqibi hesab olunurdu və Silahlı Qüvvələrin baş komandanı Ukrayna lideri ilə münasibətlərini əlverişsiz tərəfdaşlıq adlandırmışdı.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü