“Taurus” qanadlı raketlərinin Kiyevə tədarükü ilə bağlı Almaniya kansleri Olaf Şoltsa hakim koalisiyanın tərkibində yer alan Almaniya Sosial Demokrat Partiyası, Yaşıllar Partiyası, Azad Demokratik Partiyası və liberallar tərəfindən təzyiqlər güclənir.
BUTA.TV xəbər verir ki, bu barədə “Rheinische Post” məlumat yayıb. Məlumata görə, Yaşıllar, Azad Demokratik Partiyası və müxalif Xristian Demokrat İttifaqının bir neçə nümayəndəsi raketlərin Ukraynaya tədarükünün zərurətindən danışıb və Şoltsu həddən artıq təmkinli olmaqda ittiham edib.
“Ukraynaya “Taurus” qanadlı raketlərinin tədarükü çoxdan yetişib. Passivlik kanslerindir və hökumətin ümumi mövqeyi hesab edilmir”, - Bundestaqdakı “İttifaq-90/ Yaşıllar” fraksiyasından olan deputat Sara Nanni deyib.
Xristian Demokrat İttifaqının xarici siyasət məsələləri üzrə eksperti Roderix Kizeveter isə bildirib ki, Kiyevə kigayət qədər hərbi yardımın göstərilməməsi faktiki olaraq Rusiyaya dəstək deməkdir:
“Rusiya Qərbin zəifliyi səbəbindən özünü güclü hiss edir”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü