Fransanın Ermənistandakı səfiri Azərbaycan əleyhinə fəaliyyəti özünün həyat tərzinə çevirib.
BUTA.TV xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Qeyd olunub ki, ksenofob tvitlər və açıqlamalarla öz aləmində guya Azərbaycanı “sancdığını”düşünən fransız səfirin yanaşması sadəcə gülüş doğurur:
“Bu ştatlı Azərbaycanofob özünü belə yolla Ermənistan cəmiyyətinə “qəhrəman” kimi sırımağa çalışır. Görünür, fransız səfir ölkəsinin bir neçə aydır ki BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı sənəd qəbul etdirə bilməməsinin acığını və qəzəbini belə düşük tvitlər yazmaqla çıxmağa çalışır”.
“Səlibçi mentalitetli səfir başa düşməlidir ki, o, Ermənistanda akkreditə olunub və başqa ölkənin - Azərbaycanın suverenliyinə aid məsələlərə baş qoşmamalıdır. O, səfir kimi məhz Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsindən, Ermənistanda Azərbaycan xalqının mədəni irsinin, məscidlərin dağıdılmasının, təhqir olunmasının, Göy Məscid kimi təhrif edilməsinin yolverilməz olmasından danışmalıdır. Lakin etnik və dini təəssübkeşlik, Azərbaycanofobiya, islamofobiya, şarlatanlıq buna imkan vermir”, - Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulanıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü