Xəbər verdiyimiz kimi, əməkdar artist Aygün Bəylər (Hümbətova) dünən Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.
Kult.az xəbər verir ki, süd vəzi xərçəngindən əziyyət çəkən əməkdar artist bir neçə ildir müalicə alırdı. Hətta bununla bağlı mütəmadi olaraq Türkiyəyə müalicəyə də gedirdi.
Hələ 2023-cü ilin martında Aygün Bəylər mətbuata açıqlamasında xəstəliyindən 1 il əvvəl xəbər tutduğunu demişdi.
Qeyd edək ki, 1975-ci ilin avqustun 22-də Bakıda anadan olan Aygün Bəylər ötən gün Türkiyənin Ankara şəhərində vəfat edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü