ABŞ Prezidenti Co Bayden administrasiyası ölkənin Ukrayna ilə bağlı strategiyasının nədən ibarət olduğuna aydınlıq gətirməlidir.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson (respublikaçı, Luiziana) deyib.
Onun sözlərinə görə, Konqresin aşağı palatasında Ukraynaya yardım üçün əlavə maliyyə ayrılmasına qarşı çıxan respublikaçılar Ağ Evə “amerikalılarla dürüst danışmadığına dair siqnal” göndərirlər:
"Biz Ukraynada nəyə nail olmağa çalışırıq? Strategiyamız nədir? Məqsədimiz nədir? Biz bu qiymətli vergi ödəyicilərinin vəsaitlərinə nəzarəti necə həyata keçirəcəyik?"
Conson xatırladıb ki, ABŞ-ın dövlət borcu 34 trilyon dolları ötüb və Kiyevi dəstəkləmək üçün əlavə vəsaitin ayrılması bu borcun daha da artması demək olacaq.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü