Bu gün Ermənistan ordusunun daha bir zabiti öldürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, yanvarın 9-da ikinci ordu korpusunda xidmət edən leytenant Mikael Danielyan Basarkeçərdə yerləşən mövqelərdən birində öldürülüb.
Ölən zabitin meyiti səhər saat 11 radələrində tapılsa da, yollar keçilməz olduğundan əsgərin meyiti saatlarla ərazidə qalıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Basarkeçərdəki mövqelərdə daha bir zabitin - Karen Araikoviç Karapetyanın güllələnərək öldürüldüyü haqda məlumat yayılmışdı. Daha sonra Ermənistan MN faktı təsdiqləmişdi.
Erməni mediası orduda nəsələrin baş verdiyini aydınlaşdırmağa çalışır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü