Millimizin hücumçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” klubu ilə razılaşıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, futbolçu ilə klub arasında 1,5 illik müqavilə bağlanıb.
Onun yaxın zaman ərzində Kocaeliyə gələrək komandaya qoşulması planlaşdırılır.
Qeyd edək ki, millimizin hücumçusu bundan əvvəl Tailandın “Buriram Yunayted” klubunda çıxış edib. R.Şeydayev 2016-2018-ci illərdə isə Türkiyənin “Trabzonspor” klubunun şərəfini qoruyub.
Əlavə edək ki, hazırda “Kocaelispor” TFF-nin 1-ci liqasında çıxış edir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü