Türkiyənin xarici işlər naziri Hakan Fidanla britaniyalı həmkarı David Kemeron arasında telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə "Middle East Monitor" məlumat yayıb.
Söhbət zamanı Fidan həmkarını Qırmızı dənizdə gərginliyin azaldılmasına kömək etməyə çağırıb və bildirib ki, münaqişənin kəskinləşməsi regionda qeyri-sabitliyi daha da artırır.
"Fidan Ankaranın regionda münaqişəni dayandırmaq üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirib. Eyni zamanda, İsrailin Qəzzaya qarşı müharibəsinin dərhal dayandırılmasının vacibliyini vurğulayıb. Bu münaqişənin regional təhlükəsizliyi, beynəlxalq sabitliyi getdikcə daha çox təhdid etdiyini, müharibənin daha da genişlənmə riski ilə üzləşdiyini bildirib", - məlumatda qeyd edilib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü