2023-cü ilin oktyabr və noyabr aylarında Türkiyə Rusiyaya hərbi ehtiyaclar üçün istifadə oluna bilən ikili təyinatlı malların tədarükünü azaldıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Forbes” Türkiyə Statistika İnstitutuna istinadən məlumat yayıb.
Bildirilir ki, ötən ilin sonunda tədarükün azalması ABŞ-ın ticarət və maliyyə əməliyyatlarında sanksiyalara əməl olunmasını tələb edən mövqeyi fonunda baş verib.
“Forbes”in təhlilinə görə, 2023-cü ilin noyabrında ikili təyinatlı məhsulların dəyəri 8,4 milyon dollara düşüb, bu, 2022-ci ilin avqustundan bəri ən aşağı göstəricidir:
“Azalma mövsümiliklə izah edilə bilməz, çünki 2021-2022-ci illərdə bu qrup malların Rusiyaya ixracında azalma qeydə alınmayıb. “Elektrik sxemlərinin dəyişdirilməsi və ya qorunması, habelə elektrik dövrələrinə qoşulma üçün elektrik avadanlıqları” kateqoriyasındakı malların Rusiyaya ixracı ötən ilin sentyabrından azalmağa başlayıb”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü