Roma Papası Fransisk Ukrayna Silahlı Qüvvələrinin Donetski atəşə tutmasını qətiyyətlə pisləyir və danışıqlara başlanmağa çağırır.
BUTA.TV xəbər verir ki, bu barədə TASS-a Rusiya Ümumdünya Köhnə Möminlər Birliyinin sədri Leonid Sevastyanov pontifiklə şəxsi söhbətinə istinadən bildirib.
“Roma Papası Fransisk Donetskə edilən hücumları qətiyyətlə pisləyir və həmçinin danışıqların başlanmasını qətiyyətlə çağırır”, - Sevastyanov bildirib.
O əlavə edib ki, Roma Papası Ukraynada konfliktin dalana dirəndiyini söyləyir.
Qeyd edək ki, Ukrayna SQ-nin Donetskə bazar ərazisinə endirdiyi zərbə nəticəsində 27 nəfər həlak olub.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü