Monqolustanın paytaxtı Ulan-Batorda böyük Dünjinqarav bazarı yaxınlığında 60 ton qaz daşıyan yük maşınının partlaması nəticəsində yanğın baş verib.
BUTA.TV verir ki, partlayışdan sonra alov sürətlə yaxınlıqdakı avtomobillərə və qonşu yaşayış binalarına keçib.
Monqolustan Fövqəladə Hallar Baş İdarəsindən verilən məlumata görə, hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım maşınları və polis əməkdaşları cəlb olunub.
Yanğının yayılması dayandırılıb, lakin yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib.
Tələfat və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
İstintaq tərəfindən partlayışın və yanğının səbəbləri, həmçinin dəymiş ziyanın həcmi müəyyən ediləcək.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü