Rusiya ABŞ-ın öz hərbi kontingentini Suriyadan çıxarmaq niyyətini və istəyini görmür.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.
“Orada vəziyyət kifayət qədər mürəkkəbləşsə də, Amerikanın öz hərbi kontingentini çıxarmaq istəyi və ya niyyətini görmürük. Amerikalılar kifayət qədər əhəmiyyətli itki verir, lakin orada qalmaqda davam edirlər”, - o bildirib.
Qeyd edək ki, İranın “Tasnim” agentliyi ABŞ-ın İraqın müqavimət qüvvələrinin təkrar hücumlarından sonra Suriyanın şimal-şərqindəki Qamışlı şəhərinin hava limanı yaxınlığındakı “Hemo” hərbi bazasını boşaltdığını yazmışdı.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü