Moskva terrorun sponsoru kimi tanınan Tehranla əməkdaşlıq edir. Rusiya məhz İranın PUA-ları vasitəsilə dinc ukraynalıları qətlə yetirir.
BUTA.TV xəbər verir ki, bunu yanvarın 22-də Təhlükəsizlik Şurasının iclasında İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan deyib.
“Hamımıza məlum olduğu kimi, İranın pilotsuz təyyarələri Rusiya tərəfindən Ukraynada dinc sakinləri öldürmək üçün istifadə olunur. İran terroru hamımıza təsir edəcək, bunu hər birimiz bilirik. Hətta İranla əməkdaşlıq edən Rusiyaya da”, - o bildirib.
Qeyd edək ki, Təhlükəsizlik Şurası Rusiyanın tələbi ilə Ukraynaya silah tədarükünü müzakirə etmək üçün toplanmışdı.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü