Türkiyənin İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləməsi ABŞ Konqresində bəzilərinin Ankaraya F-16 təyyarələrinin satışına icazə verməsi üçün mühüm amildir.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən TRT-yə açıqlamada bildirilib.
“ABŞ Prezidenti Co Bayden uzun müddətdir ki, Türkiyə tərəfindən F-16-nın modernləşdirilməsini dəstəklədiyini bildirib. Konqresin bəzi üzvləri açıq şəkildə bəyan ediblər ki, F-16-ların Türkiyəyə satışını dəstəkləmək üçün İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiqləmək vacibdir”, - qurumdan bildirilib.
Dövlət Departamenti Türkiyə parlamentinin İsveç protokolunun təsdiqi ilə bağlı qərarını alqışlayıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü