Paris-2024 Olimpiya Oyunlarının Təşkilat Komitəsi oyunların keçiriləcəyi şəhərlərdə mehmanxana rezervasiyalarını ləğv edib.
BUTA.TV xəbər verir ki, Paris, Şatoru, Berri şəhərlərindən sonra Lill şəhərində də Paris-2024-ün Təşkilat Komitəsi tərəfindən hotellərdə minlərlə otağın rezervi ləğv olunub. Yerli mətbuatda yayılan məlumata görə, basketbol və həndbol tədbirlərinin bir hissəsinə ev sahibliyi etməli olan Şimal prefekturasında Paris 2024-ün təşkilatçıları tərəfindən gündəlik 2000 olmaqla on günlərlə davam edəcək rezerv ləğv edilib.
Hotel sahibləri oyunların başlamasına 6 ay qaldığını düşünərək otaqların yenidən rezerv ediləcəyinə ümidvar olduqlarını qeyd ediblər.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü