“Azəriqaz” sutkalıq 48 milyon kubmetr qaz qəbul edib ki, bu da rekord bir göstəricidir. Keçən ilin eyni gününə nisbətən 8 milyon kubmetr artıq qaz qəbul olunub.
BUTA.TV xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, hazırda ölkə üzrə qaz təchizatı ilə bağlı ciddi bir problem yoxdur:
“Bir-iki yerdə kiçik bir qəzalarımız olub və onlar aradan qaldırılıb".
Sədr əlavə edib ki, Azərbaycanda əhali qrupu üzrə abonentlər üçün tətbiq olunan qaz istifadəsi limitlərinin ləğvi məsələsi gündəmdə deyil.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü