Özbəkistan Prezidenti Şövkət Mirziyayev və Çinin BYD şirkətinin rəhbəri Van Çuanfu hibrid və elektromobillərin yığılması layihəsinə start veriblər.
BUTA.TV Report-a istinadən xəbər verir ki, mərasim Ş.Mirziyayevin Çinə səfəri çərçivəsində BYD-nin Şençjendəki baş qərargahında baş tutub.
Qeyd edilib ki, illik 50 min ədəd istehsal gücünə malik müəssisə Özbəkistanın Cizak regionunda fəaliyyət göstərəcək.
Ş.Mirziyayev yaxın gələcəkdə model çeşidinin genişləndirilməsi və istehsal gücünün artırılmasının vacibliyinə diqqət çəkib.
Xatırladaq ki, 2023-cü ilin sentyabrında Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi və Çinin BYD şirkəti arasında elektrik və hibrid avtomobillərin və onların komponentlərinin istehsalının təşkili üçün investisiya sazişi imzalanıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü