ABŞ qoşunlarının İraqdan çıxarılması Suriyadan ordusunun çıxarılması ilə müşayiət olunacaq. Çünki İraq ərazisindən istifadə etmədən Suriyadakı hərbi kontingenti maddi-texniki baxımından təmin etmək və saxlamaq mümkün olmayacaq.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.
Lavrentyev onu da qeyd edib ki, Vaşinqton qoşunlarının İraqdan çıxarılmasını hər cür ləngidəcək:
“Amerikalılar bu məsələnin həllini hər cür gecikdirəcəklər, çünki indi buna hazır deyillər”.
Qeyd edək ki, Pentaqon İraqdan ABŞ ordusunun çıxarılmasının müzakirə edilmədiyini bildirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü