İran təhlükəsizlik məmurları Güney azərbaycanlı bloger və sosial media fəallarını təhdid edirlər.
BUTA.TV xəbər verir ki, bu barədə yerli sosial media fəalları paylaşım edib.
Bildiriblər ki, bir neçə şəhərdə Təhlükəsizlik və Kəşfiyat Nazirliyinin yerli bölmələri fəallara zəng edib, onlara tövsiyələr veriblər.
Fəallardan milli məzmunlu marş, mahnı və materialların paylaşımını məhdudlaşdırmaq tələb edilib.
“Təhlükəsizlik məmurları Azərbaycan Respublikasından olan media və sosial media nümayəndələri ilə əlaqə saxlamamağa çağırıblar”, - güneyli fəallar bildiriblər.
Onların sözlərinə görə, məmurlar fəalları qeyd olunan məsələlərə diqqət etmədikləri təqdirdə məsuliyyətə cəlb olunacaqları ilə hədələyiblər.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü