Kim Çen İnin daha aqressiv bəyanatları fonunda Şimali Koreya yaxın aylarda Cənubi Koreya ilə müharibəyə başlaya bilər. ABŞ Prezident Administrasiyası belə bir ssenariyə hazırlaşır.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” bir neçə mənbəyə istinadən məlumat yayıb.
“Koreya yarımadasında tammiqyaslı müharibə təhlükəsi görünmür, lakin Pxenyan sürətli eskalasiyanın qarşısını almaq üçün zərbələr endirə bilər. Nümunə olaraq 2010-cu ildə KXDR və Cənubi Koreya arasında artilleriya atəşlərini göstərmək olar. Hadisə nəticəsində hər iki tərəfdən bir neçə hərbçi və mülki şəxs həlak olmuş, lakin atəş dayandırılmışdı.
Rusiya ilə tərəfdaşlığın genişləndirilməsi Kim Çen İni ruhlandıra bilər. Amma Şimali Koreyanın hərbi əməliyyatlara və ya böyük müharibəyə hazırlaşdığına dair konkret əlamətlər qeydə alınmayıb”, - mənbə bildirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü