Ermənistan hökuməti Azərbaycandan Avropaya elektrik enerjisi nəqli üçün Qara dənizin dibi ilə kabelin çəkilməsi layihəsində maraqlıdır.
BUTA.TV Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında söyləyib.
Onun sözlərinə görə, bölgəmiz Cənubla Şimal, Qərblə Şərq arasında çox mühüm marşruta çevrilə bilər və bunun üçün geniş imkanlar var. Ermənistan da Qara dəniz kabel layihəsinə böyük maraq göstərir.
Qaribaşvili, öz növbəsində, regional əhəmiyyətli layihələr üzərində işləməyin vacibliyini vurğulayıb, Ermənistanın sualtı elektrik kabeli layihəsində maraqlı olduğunu söyləyib.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi ilə 1,2 min kilometr uzunluğunda kabelin çəkilməsini nəzərdə tutan saziş imzalayıblar.
Bu xətt Azərbaycanda hasil edilən elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub. Daha sonra Bolqarıstan bu layihəyə qoşulmaq niyyətini açıqlayıb.
Avropa İttifaqı Şərq Tərəfdaşlığı İnvestisiya Planı vasitəsilə layihəyə 2,3 milyard avro ayıracağına söz verib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü