Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi fonunda F-16 qırıcılarının Türkiyəyə satışına icazə veriləcək.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin deyib.
“Türkiyənin F-16 təyyarələrinin alınması ilə bağlı müraciətini təsdiqləməm İsveçin NATO-ya daxil olmasını təsdiqlənməsi ilə bağlı idi”, - Kardin vurğulayıb.
Eyni zamanda, Nümayəndələr Palatasının komitədəki üzvü, demokrat Qriqori Miks də F-16 qırıcılarının Türkiyəyə satışına qarşı çıxmayacağını bildirib.
O öz növbəsində Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsini alqışladığını vurğulayıb:
“Türkiyənin Egey dənizində gərginliyi azaltmaq üçün atdığı addımlar məni ruhlandırıb”.
Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət Departamenti Türkiyəyə dövlət müqavilələrinə əsasən, 23 milyard dollarlıq F-16 qırıcılarının, təkmilləşdirmə dəstlərinin və digər sistemlərin mümkün satışına icazə verdiyini açıqlayıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü