İranın Ərdəbil vilayətinin imam-cüməsi Ayətullah Həsən Ameli İsrailin Azərbaycandakı səfirini hədəfə alıb.
BUTA.TV Entekhab-a istinadla xəbər verir ki, o, Corc Dikin 20 Yanvar münasibəti ilə verdiyi mesaja toxunub. Ameli bildirib: "Sionist rejimin səfiri Qəzza müharibəsində insan ləyaqətini müdafiə etdiyini elan etdi. Bu cümlə müharibə ilə bağlı ən gülməli və təhqiramiz cümlədir. Xəstəxanaları,məktəbləri bombalamaq, Qəzzaya dərman, yemək, yanacağın girməsinin qarşısını almaq insan ləyaqətini qorumaqdırmı?!"
Daha sonra o əlavə edib: "Bu nadan səfir böyük səhv edib, o diqqət yetirməyib ki, Bakıda 20 Yanvar hadisəsinin məqsədi rus işğalçılarını qovmaq idi. Yəni 20 Yanvar işğala qarşı etirazdır, deməli, həm də anti-İsrail hərəkatıdır".
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü