Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan istefa verəndə millətimiz sevinirdi. Biz də yığışıb konyak içərək bunu qeyd edirdik.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Milli Konqresinin sədr müavini, erməni siyasətçi Levon Zurabyan deyib.
O, ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın Nikol Paşinyanın hakimiyyətə gələcəyinə fərqli reaksiya verdiyini bildirib:
“Ter-Petrosyanın yanına getdik, lakin o, kədərli və qaş-qabaqlı şəkildə oturmuşdu. Niyə belə olduğunu soruşanda verdiyi cavab bizi təəccübləndirdi. O, “bu gün hakimiyyətə həm Qarabağı, həm də Ermənistanı məhv edəcək biri gəldi” dedi. Keçmiş prezident bu fikirləri hələ baş verənlərdən illər öncə, Nikol Paşinyanla bağlı bir çox məqamlar aydın olmayanda demişdi”, – L.Zurabyan iddia edib.
Hələ ki Ter-Petrosyan sözügedən iddiaya reaksiya verməyib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü