Yaponiya Moskvanın antirusiya sanksiyaları səbəbindən ikitərəfli münasibətlərin pisləşməsinə görə Tokionun məsuliyyət daşıması barədə bəyanatlarını ədalətsiz, qəbuledilməz hesab edir və bu vəziyyətə görə Rusiya tərəfini günahlandırır.
BUTA.TV xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi deyib.
“Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum etdi və 2022-ci ilin martında birtərəfli qaydada Yaponiyanın sanksiyalarına görə Tokio ilə sülh müqaviləsi üzrə danışıqları davam etdirmək niyyətində olmadığını bildirdi. Bütün bu vəziyyət yalnız Rusiyanın hərəkətləri nəticəsində yaranıb. Yaponiyanı günahlandırmaq cəhdləri son dərəcə ədalətsiz və tamamilə qəbuledilməzdir”, - o bildirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü