Görüntüləri yayılan A.C sağlamlığında olan psixoloji problemlərlə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
O bildirib ki, yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır:
“Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, onunla bağlı qanunla müəyyən olunan bütün tədbirlər icra olunur”.
Qeyd edək ki, sosial şəbəkədə yeniyetmənin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi olduğu bildirilir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü