Gəncə şəhərində yaşayış binasında yanğın olub, zəhərlənən var.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospekti 197 mənzil 58 ünvanında qeydə alınıb.
Hadisə yerinə Fövqalədə Hallar Nazirliyinin 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
Beş mərtəbəli binanın 3-cü mərtəbəsində olan 1 otaqlı mənzildə başvermiş yanğın söndürlüb. Yanğın nəticəsində evin 12 kvadratmetr sahəsi yanıb. Binada yaşayanlardan 10 nəfər təxliyə olunub.
Onlardan 2005-ci il təvəllüdlü P.Alıyev tüstüdən zəhərlənib və xəstəxanaya yerləşdirilib. Daha 1 qadına isə yerində tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü