Terror aktları törətmək məqsədilə Odessadan Voronejə aparılan partlayıcı dolu yük Gürcüstanda saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətindən məlumat verilib.
“Partlayıcı maddələrin Gürcüstan ərazisindən Rusiyaya daşınmasında Gürcüstan, Ukrayna və Ermənistan vətəndaşları iştirak edib. Proses Ukraynada təşkil olunub. Partlayıcı maddələrin daşınmasının arxasında Ukraynanın hakim Xalqın Xidmətçisi Partiyasından olan deputat Andrey Şaraşidze dayanıb. Partlayıcı maddələrin daşınmasının təşkilatçılarının Gürcüstanda terror aktları törətməyi planlaşdırdıqları istisna edilmir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Krım körpüsündə 2022-ci il 8 oktyabrda baş verən partlayışı törədən yük maşını Ermənistandan getmişdi.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü