Mənim bu səfərdən xəbərim yoxdur.
BUTA.TV xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ-ın məşhur porno ulduzu Uitni Raytın Tehrana səfəri barədə danışarkən deyib.
“Mən bu şəxsin səfərindən xəbərdar deyiləm. Xarici ölkə vətəndaşlarının səfərləri Xarici İşlər Nazirliyi vasitəsilə həyata keçirilmir. ABŞ vətəndaşlarının İrana səfərinə maneə olan heç bir qadağa yoxdur”, - o bildirib.
Qeyd edək ki, ABŞ-ın məşhur porno ulduzu, aktrisa Uitni Rayt Tehrana səfər edib. Onun ABŞ-ın Tehrandakı keçmiş səfirliyinin qarşısında çəkdirdiyi hicablı fotoları birmənalı qarşılanmayıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü